QMİ ümrə ziyarətlərinin dayandırılması ilə bağlı açıqlama verdi

QMİ ümrə ziyarətlərinin dayandırılması ilə bağlı açıqlama verdi Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərinin müvəqqəti olaraq dayandırılmasına münasibət bildirib.
Din
28 Fevral , 2020 17:51
QMİ ümrə ziyarətlərinin dayandırılması ilə bağlı açıqlama verdi
google.az

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərinin müvəqqəti olaraq dayandırılmasına münasibət bildirib.

QMİ-dən "Report"a verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığı dünyada yayılmağa davam edən koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərini müvəqqəti olaraq dayandırıb:

"Qərarla əlaqədar Qafqaz Müsəlmanları İdarəsini Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri şəxsən məlumatlandırıb. Qafqaz Müsəlmanları İdarəsi məsələyə münasibət bildirərək, ilk növbədə, zəvvarların sağlamlığını nəzərə alan həmin qərarı bəyəndiyini və tam dəstəklədiyini bəyan edib".

Son xəbərlər

Orphus sistemi