Yuxarı

QMİ sədrinin müavini: "Azərbaycanın İslam adı altında tarixə düşmüş alimləri hələ də tədqiq olunmayıb"

QMİ sədrinin müavini: "Azərbaycanın İslam adı altında tarixə düşmüş alimləri hələ də tədqiq olunmayıb"
© Report / Firi Salim — Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev

"Azərbaycanın İslam adı altında tarixə düşmüş alimləri hələ də tədqiq olunmayıb. Ümid edirəm ki, gənc nəslimiz onların bir çoxunu ortaya çıxaracaq".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev Bakıda keçirilən "İslam Sivilizasiyası Qafqazda" adlı II beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vaxtilə Azərbaycanın müraciəti əsasında "Quran"ın nüsxələnərək ölkəyə gətirilməsi İslam sivilizasiyasına böyük töhfədir: "Müstəqilliyin ilk günündən başlayaq Azərbaycan yenidən tarixi köklərinə qayıtmağa başladı. Bu tarixi köklərə qayıdarkən müəyyən təsirlər özünü göstərməyə başladı. Bu da müəyyən ayrılmalara yol açırdı. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı və dövlətçiliyin təməlinin qoyulması İslamın yenidən formalaşmasının əsasını qoydu". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi