Yuxarı
    Bağlamaq

    QMİ sədri apreldə Rusiya, Gürcüstan və Finlandiyada görüşlər keçirəcək

    Aprelin 26-dan 30-dək isə Finlandiyanin Helsinkli şəhərində olacağıq

    Bakı. 12 aprel. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən aprelin 19-da Rusiyanın Pyatiqorsk şəhərində bir sıra görüşlər keçiriləcək, konfrans təşkil olunacaq.

    "Report" xəbər verir ki, bunu QMİ sədri Allahşükür Paşazadə deyib.

    O bildirib ki, konfransda Şimali Qafqazn bütün müftiləri iştirak edəcəklər.

    Sədr vurğulayıb ki, rəhbərlik edəcəyi konfransda İslam həmrəyliyi mövzusu müzakirə olunacaq: "Aprelin 21-də Gürcüstanda patriarx ll İlya ilə görüşümüz olacaq və İslam həmrəyliyi ilə bağlı hansı işləri görə biləcəyimizi müzakirə edəcəyik. Aprelin 26-dan 30-dək isə Finlandiyanin Helsinkli şəhərində olacağıq. Orada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə böyük bir konfrans keçirmək niyyətimiz var. Tədbirdə bütün dinlərin nümayəndələri iştirak edəcəklər".

    QMİ sədri əlavə edib ki, bu cür tədbirlərin keçirilməsi Azərbaycanın sülhsevər xalq olmasını, İslamın sülh istəyini bütün dünyaya car çəkmək üçün vasitədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi