QMİ Ramazan təqvimini açıqlayıb
Din
- 15 may, 2018
- 10:36
Bakı. 15 may. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb.
“Report” xəbər verir ki, təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.
Təqvimdə eyni zamanda, Ramazan ayının gündəlik duaları yer alıb. Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək. İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir. Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq.
Qeyd edək ki, şəvval ayının 1-i (15 iyun) Fitr bayramıdır.
Son xəbərlər
08:22
ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib
Digər ölkələr08:04
ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçməsinə kömək edib
Digər ölkələr07:41
"Fitch": Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər
Maliyyə07:32
Yaponiya nafta idxalını 80%-ə qədər bərpa edib
Digər ölkələr07:19
"Fitch": Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq
Maliyyə07:03
"Fitch" bu il Azərbaycanın iqtisadi artımının 2%-ə qədər sürətlənəcəyini proqnozlaşdırıb
Maliyyə06:44
"Fitch" Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-in 117%-nə qədər artacağını gözləyir
Maliyyə06:14
Kuril adalarında 5 bal gücündə zəlzələ olub
Hadisə05:44