QMİ-nin səlahiyyətli nümayəndəsi Rusiyada elmi dərəcə alıb

QMİ-nin səlahiyyətli nümayəndəsi Rusiyada elmi dərəcə alıb Surxay Məmmədliyə ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib
Din
15 Dekabr , 2016 13:59
QMİ-nin səlahiyyətli nümayəndəsi Rusiyada elmi dərəcə alıb

Bakı 15 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli Rusiyada ilahiyyat elmləri üzrə elmi dərəcə alıb.

QMİ-dən "Report"a verilən məlumata görə, İçərişəhər "Cümə" məscidinin axunduna Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib. 

Qeyd edək ki, S.Məmmədli 1968-ci ildə Masallı rayonunda anadan olub. Qafqaz İslam Universitetini bitirib. Tələbəlik illərində Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib.

1993-cü ildə Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinə axund təyin olunub. 1997-2004-cü illərdə Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Musəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 2004-cü ildən İçərişəhər “Cümə” məscidinin axundu və eyniadlı dini icmanın rəhbəridir.

"İslamda əxlaq", "İslam maarifində dünyaya münasibət" və "Təsəvvüf" adlı kitabların müəllifidir. Ərəb, fars, rus və ingilis dillərini bilir.

Son xəbərlər

Orphus sistemi