Yuxarı

​Qazaxda “Radikalizmin cəmiyyətə gətirdiyi bəlalar" mövzusunda tədbir keçirilib

Vətəndaşları qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs edilib

Bakı. 23 fevral. REPORT.AZ/ Qazax Cümə məscidi dini icmasının “Dini ekstremizmin və radikalizmin fəsadları” layihəsi çərçivəsində “Radikalizmin cəmiyyətə gətirdiyi bəlalar” mövzusunda tədbir keçirilib.

Bu barədə “Report”a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsinin şöbə müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev açaraq, Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəbləri, fəsadları barədə geniş məlumat verib. Şöbə müdiri eləcə də radikalizmin cəmiyyətə, ailələrə gətirdiyi bəlalar və fəsadlardan danışıb.

Qazax Cümə məscidi dini icmasının sədri İlham Süleymanov vətəndaşları qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi