Yuxarı

Qafqaz Müsəlmanları İdarəsi jurnalistlərə xəbərdarlıq edib

“Bəzən narahatlıqlar yarananda deyirlər ki, Qafqaz Müsəlmanları İdarəsi hara baxır?”

Bakı. 29 avqust. REPORT.AZ/ “Radikallıq ictimai qaydanın pozulmasıdır. Dövlət orqanları bu barədə tədbirlər görür. Xürafatla da mübarizə aparılır. Bu istiqamətdə mətbuatın üzərinə ciddi məsuliyyət düşür. Çünki burada əsas tədbir maarifləndirməkdir”.

“Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Aparat rəhbəri Simran Həsənov Bakıda “Dini radikalizm və xurafat - Bir medalın iki üzü” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.

O vurğulayıb ki, Azərbaycan həssas böləgədə yerləşir, ona görə də mətbuat dini məsələlərdə ehtiyatlı olmalıdır: “Bəzi mətbu orqanlarda məzhəb ayrı-seçkiliyi salırlar. Yəni, sünni və şiə təriqətlərinə məxsus yazılar yazanda ehtiyatlı olmaq lazımdır. Bəzən narahatlıqlar yarananda deyirlər ki, Qafqaz Müsəlmanları İdarəsi hara baxır? Yəni, bunu deməzdən öncə, idarənin hüquqlarını, səlahiyyətini nəzərə almaq lazımdır. Haqlı iradlar varsa, biz dərhal araşdırma aparırıq və mənfi halı aradan qaldırırıq. Düşünürəm ki, dini mövzudan yazan jurnalistlər üçün kurslar təşkil edilməlidir”.

S.Həsənov qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi din adamları ilə görüşlər keçirir, onlara radikalizmlə bağlı nəzəri biliklər öyrədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi