Komitə sədri: "İslam dini qadın və kişi hüquqlarına demokratik prinsiplərlə yanaşır"

Komitə sədri: "İslam dini qadın və kişi hüquqlarına demokratik prinsiplərlə yanaşır" "Hələ insanların təfəkküründə səhv dini stereotiplər var və bir çox hallarda münasibətlərdə problemlər yaradır"
Din
6 Fevral , 2015 12:01
Komitə sədri: İslam dini qadın və kişi hüquqlarına demokratik prinsiplərlə yanaşır

Bakı. 6 fevral. REPORT.AZ/ "Ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində dini dəyərlərin mühüm rolu var. Lakin əhali arasında dini-mənəvi dəyərlərin çatdırılmasında bir sıra narahatedici məqamlar mövcuddur. Belə ki, hələ insanların təfəkküründə səhv dini stereotiplər var və bir çox hallarda münasibətlərdə problemlər yaradır". "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Müasir dövrün çağırışları: ailə institutu və dini dəyərlərin vəhdəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

"Digər tərəfdən bu, bəzi dini icmaların, sektaların destruktiv fəaliyyəti ilə bağlıdır. Bütün bunlar ailələrin dağılmasına, valideyn-övlad münasibətlərinin pozulmasına gətirib çıxarır. Təəssüf ki, təhsildən yayınan, erkən yaşda nikah quran qızların valideynləri ilə söhbət edəndə onlar bunu dinlə bağlayırlar. Əlbəttə, bu səhv fikirdir. İslam dini insanlara düzgün çatdırılmalıdır. Lakin əfsuslar olsun ki, burada da patriarxal mədəniyyət özünü göstərir. Müqəddəs Quranın surələri və şəriət qaydaları həmin maraqlara uyğun çatdırılır. Əksinə, İslam dini bütün məsələlər, o cümlədən qadın və kişi hüquqlarına demokratik prinsiplərlə yanaşır", - Komitə sədri deyib.

O, həmçinin bildirib ki, bu gün ailə üzvləri tərəfindən zorakılığa qalan qadın və uşaqlara da tez-tez rast gəlinir: "Müvafiq dövlət qurumları, digər sosial təsisatlarla bərabər, dini məbədlər və icmalar da bu problemə həssaslıqla yanaşmalıdırlar. Bəzən belə bir səhv fikir formalaşır ki, din qadınların hüquqlarını qorumur, əlbəttə, bununla razılaşmaq düzgün olmaz. Dinimiz haqda bir çox insanlarda olan məlumat azlığı hər mövzuda olduğu kimi qadın hüquqları və Quranda qadının əhəmiyyəti mövzusunda öz əksini tapır. Qadının vəzifəsi ancaq övlad dünyaya gətirmək deyil. O da kişilərin yerinə yetirməli olduğu bütün yaxşı əməlləri etməlidir. Eyni zamanda, qadın kişi ilə bərabər qarşılıqlı məsuliyyəti daşıyır".

Son xəbərlər

Orphus sistemi