Yuxarı

​Pentensiar Xidmət və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi cəzacəkmə müəssisələrində tədbir keçirib

Vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar xidməti Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi ilə birgə 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda və eləcə də “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanununun izahı ilə əlaqədar tədbir keçirilib.

Bu barədə "Report"a Pentensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin məsul əməkdaşları və AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları iştirak ediblər.

Tədbirlərdə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparılıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə məlumat verilib. Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı məhkumların diqqətinə çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi