Yuxarı

​Nyu-Yorkda Ramazan və Qurban bayramları istirahət günləri elan olunub

İndi müsəlman ailələr bayram günlərində dilemma qarşısında qalmayacaqlar

Bakı. 5 mart. REPORT.AZ/ Bu ildən Nyu-York məktəblərində müsəlmanların müqəddəs Ramazan və Qurban bayramları istirahət günləri elan olunub.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə şəhər meri Bill de Blazio məlumat verib.

Şəhər merinin sözlərinə görə, indi yüzminlərlə müsəlman ailələri bayram günlərində uşaqları məktəbə göndərib-göndərməmək kimi dilemma qarşısında qalmayacaqlar.

Bill de Blazio qeyd edib ki, Nyu-Yorkun müsəlman əhalisinin sayını nəzərə alsaq, bu iki İslam bayramının məktəb təqviminə daxil edilməsinin sağlam düşüncədən irəli gəldiyini görmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi