​Nardaranda “Multikulturalizm və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib

​Nardaranda “Multikulturalizm və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib Məktəbin direktoru Ağaseyid Orucov bu kimi tədbirlərin əhəmiyyətindən danışıb
Din
24 May , 2016 16:11
​Nardaranda “Multikulturalizm və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib

Bakı. 24 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbdə “Multikulturalizm və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib. 

DQİDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşları Amal Məlikov və Novruz Həsənli, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, məktəbin direktoru Ağaseyid Orucov, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov multikulturalizmin ölkəmizdə həyat tərzi olduğunu bildirərək, bu dəyərin qorunmasının vacibliyi haqqında söhbət açıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın multikultural və tolerant mühitinin bütün dünyaya nümunə olduğu vurğulanıb.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev multikulturalizm və milli-mənəvi dəyərlərimiz arasında olan sıx bağlılığın tarixi köklərə dayandığını qeyd edib. Diqqətə çatdırılıb ki, ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələri bir ailə şəklində yaşayır və fəaliyyət göstərirlər. 

Sonda çıxış edən məktəbin direktoru Ağaseyid Orucov bu kimi tədbirlərin əhəmiyyətindən danışaraq təşkilatçılara müəllimlər və şagirdlər adından öz təşəkkürünü bildirib.

Tədbirin yekununda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi