Bakıda ​"Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir" mövzusunda konfrans keçirilib

Bakıda ​"Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir" mövzusunda konfrans keçirilib Məqsəd gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizədir
Din
7 İyun , 2016 14:38
Bakıda ​Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir mövzusunda konfrans keçirilib

Bakı. 7 iyun. REPORT.AZ/ Bakıda "Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu il üçün birgə tədbirlər planına uyğun olaraq, gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədilə baş tutub. 

Konfransda DQİDK-nin sədri Mübariz Qurbanlı, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

İntiqam Babayev bildirib ki, Gənclər və İdman Nazirliyi DQİDK ilə birgə "Multikulturalizm ili" ilə bağlı tədbirlər planı hazırlayıb: "Tədbirlər planı çərçivəsində Bakıda və Azərbaycanın regionlarında milli-mənəvi dəyərlər, dövlətin dini siyasəti ilə bağlı müxtəlif konfransların, zona toplantılarının keçirilməsi nəzərdə tutulub. Gələn həftədən başlayaraq Azərbaycanın bölgələrində bu cür tədbirlər keçirmək niyyətindəyik".

Mübariz Qurbanlı deyib ki, "Multikulturalizm ili" çərçivəsində nəinki Azərbaycanda, xaricdə də müxtəlif tədbirlər keçirilir: "Həmin tədbirlərdə Azərbaycanın multikultural dəyərləri təbliğ olunur. Bu tədbirin keçirilməsində də məqsəd Azərbaycanın multikultural dəyərlərini ictimai rəyə çatdırmaqdır. Multikulturalizmin və tolerantlığın da sərhədi var və o, milli-mənəvi dəyərlərimizdə bitir. Multikulturalam deyə kimsə bizə yad olan ənənələri, qaydaları ixrac edə bilməz, bizim ölkəmizdə ekspertiza apara bilməz. Tolerantam deyə qədimdən gələn ənənələri başqlarının ayağına verməməliyik. Ona görə də bizim tədbirlərimiz milli maraqlarımız, dövlətimiz, dövlətimizin bütövlüyü istiqamətində qurulur".

Gənclər təşkilatlarının rəhbərləri, millət vəkilləri də ölkədə multikulturalizm sahəsində həyata keçirilən siyasətin əhəmiyyətindən, Azərbaycan dəyərlərinin dünyada tanıdılması istiqamətində görülən işlərdən bəhs ediblər.  

Son xəbərlər

Orphus sistemi