Yuxarı

Mübariz Qurbanlı Zərdabda vətəndaşları qəbul edib

Qəbulda 19 vətəndaşın müraciətinə baxılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 27-də Zərdabda bu rayondan və Kürdəmirdən olan vətəndaşları qəbul edib. Bu barədə "Report"a DQİDK-nin mətbuat xidmətindən məlumat verilib.

Komitənin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbul Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbulda 19 nəfər vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən məscidlərin təmiri, elektrik enerjisi və istilik sistemi ilə normal təminatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar bu icmalara vəsaitlərin ayrılması, dini icmaların dövlət qeydiyyatı, dini kitablarla təminat, bu cür kitabların satışı üçün lisenziyaların verilməsi və sair məsələlərlə bağlı olub.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox məsələlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi