Yuxarı

​Mübariz Qurbanlı Türkiyədə bir sıra görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti TBMM-də müzakirələr aparıb

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. Komitənin mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, martın 3-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Azərbaycan nümayəndə heyətilə görüşüb. Görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Mübariz Qurbanlı və nümayəndə heyətinin üzvləri Türkiyə Baş nazirinin müavini Bülənd Arınçla görüşüblər. Bülənd Arınç Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək səviyyədə olan əlaqələrlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması və doğru təbliği istiqamətində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Mübariz Qurbanlı isə öz növbəsində qeyd edib ki, Azərbaycan bütün sahələrdə Türkiyə ilə münasibətlərin inkişafına xüsusi önəm verir.

Səfər çərçivəsində TBMM-in İnsan Hüquqları Komissiyasının sədri Ayxan Səfər Üstün və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar ilə görüşlər keçirən nümayəndə heyəti Ankara Universitetinin ilahiyyat fakültəsində və Ankara Müftülüyündə də olub.

Görüşlərdə Türkiyədə dini xadimlərin yetişdirilməsi, İslam dininin tədrisi, dünyada doğru təbliği və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda din sahəsinə göstərdiyi həssas yanaşma bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, ölkəmizdə yeni ibadətgahlar inşa edilir, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir.

Xatırladaq ki, səfərin birinci günü Azərbaycan nümayəndə heyəti Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmez və Dini İşlər üzrə Ali Qurumun sədri Hüseyn Kayapınarla da görüşlər keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi