Mübariz Qurbanlı Türkiyə baş nazirinin müşaviri ilə görüşüb

Mübariz Qurbanlı Türkiyə baş nazirinin müşaviri ilə görüşüb Görüşdə Bakıda keçirilməsi nəzərdə tutulan VII Qlobal Forumla bağlı müzakirələr aparılıb
Din
12 Mart , 2015 17:54
Mübariz Qurbanlı Türkiyə baş nazirinin müşaviri ilə görüşüb

Bakı. 12 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Türkiyə Baş nazirinin böyük müşaviri, professor Hacı Bəkir Karlığanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

"Report" Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki,  Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqları salamladıqdan sonra yaxın günlərdə Türkiyəyə etdiyi rəsmi səfərdən məmnunluqla danışıb. O qeyd edib ki, Türkiyənin türk-müsəlman dövləti olaraq BMT Sivilizasiyalar Alyansının yaradılmasında və fəaliyyətində böyük rolu var. Qloballaşan dünyada isə sivilizasiyaların anlaşması və dialoqu olduqca mühüm məsələdir.

Səmimi qəbula görə təşəkkür edən Hacı Bəkir Karlığa vurğulayıb ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir və iki ölkənin kədəri də, sevinci də eynidir. Daha sonra qonaq BMT Sivilizasiyalar Alyansının 2016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan VII Qlobal Forumla bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, iki qardaş ölkə olaraq bilik və təcrübə mübadiləsi ümumi işə böyük fayda verəcək: "Azərbaycanın bütün dünyada tolerantlıq və multikulturalizmi dövlət səviyyəsində yürüdən bir ölkə olaraq belə bir foruma ev sahibliyi etməsi çox vacibdir. Bu cür forumların keçirilməsi sahəsində Azərbaycan böyük təcrübəyə malikdir".

Daha sonra Qlobal Foruma hazırlıq çərçivəsində görüləcək işlər, 127 ölkənin iştirak edəcəyi forumda Azərbaycanın yüksək səviyyədə təqdimatı, Dövlət Komitəsinin bu sahədə görə biləcəyi işlər ərtafında geniş fikir mübadiləsi aparılıb. Türk və islam dünyasının dünya elminə və mədəniyyətinə saysız-hesabsız töhfələr verməsi, dünya mədəniyyəti tarixində böyük rolu olması kimi vacib məqamların yüksək səviyyəli tədbirlərdən dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi