Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı Qazaxıstanın vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini ilə görüşüb

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb

    Bakı. 22 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qazaxıstanın vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Abzal Nukenovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Dövlət Komitəsinin sədri Azərbaycan-Qazaxıstan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edərək dini məsələlərlə bağlı ölkələrimizin müvafiq qurumlarının əməkdaşlığının zəruri olduğunu vurğulayıb.

    Dövlət Komitəsi barədə qonaqlara geniş məlumat verən Mübariz Qurbanlı ölkədə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşıldığını, dövlət tərəfindən İslam və qeyri-islam dini icmalarına mütəmadi maliyyə yardımı göstərildiyini bildirib.

    Azərbaycanla qardaşlıq əlaqələrindən məmnunluqlarını bildirən Qazaxıstanın vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Abzal Nukenov Azərbaycanın din siyasətinin və dini radikalizmlə mübarizə sahəsində təcrübəsinin dərindən öyrənilməsində maraqlı olduqlarını bildirib. Qazaxıstanda adıçəkilən nazirliyin bir neçə aydır yarandığını deyən qonaq fəaliyyətlərinin qurulmasında Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini diqqətə çatdırıb.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iki ölkənin din siyasətini həyata keçirən qurumlar arasında əlaqələrin möhkəmlənməsinin vacibliyindən və birgə tədbirlərin keçirilməsindən bəhs edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi