Mübariz Qurbanlı: "Müsəlman ölkələrində mövcüd olan məzhəbçilik İslam dünyasına böyük ziyan vurur"

Mübariz Qurbanlı: "Müsəlman ölkələrində mövcüd olan məzhəbçilik İslam dünyasına böyük ziyan vurur" Komitə sədri: "32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir və bu, düşündürücü məsələdir"
Din
15 Mart , 2017 11:36
Mübariz Qurbanlı: Müsəlman ölkələrində mövcüd olan məzhəbçilik İslam dünyasına böyük ziyan vurur
Report.az

Bakı. 15 mart. REPORT.AZ/ "Bu gün dünyada İslam həmrəyliyinin olması olduqca vacibdir. Çünki zaman sürətlə irəliləyir, dünyada qloballaşma prosesi gedir və bu proses ayrı-ayrı yerlərdə qarşıdurmalara səbəb olur".

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam həmrəyliyi-zamanın çağırışı" adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, bu gün dünyada dini zəmində münaqişələr gedir: “Həmin münaqişələrdə 700-dən artıq qrup iştirak edir. Bu münaqişələrin çoxu məhz müsəlman ölkələrinin ərazisindədir. Ümumiyyətlə, müsəlman ölkələrində mövcüd olan məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur. 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir. Bu, düşündürücü məsələdir".

Komitə sədri deyib ki, müasir dünyada islamofobiyanın ciddi təzahürləri müşahidə edilir: "Biz islamofobiyanın təzahürünu demokratiyanın beşiyi Avropada müşayiət edirik. İslamofobiya ilə mübarizədə İslam Həmrəyliyi mühüm amildir. Azərbaycanda İslam Həmrəyliyi elan edilməsi ölkənin bu sahədə olan siyasətini əks etdirir. Bu il İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi müstəqil dövlətimizin uğurundan xəbər verir".

Son xəbərlər

Orphus sistemi