​Mübariz Qurbanlı: “Hansısa xarici qüvvələrin ölkəmizdə ayaq açmasına imkan verməməliyik”

​Mübariz Qurbanlı: “Hansısa xarici qüvvələrin ölkəmizdə ayaq açmasına imkan verməməliyik” Bakıda gənclər üçün “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda treninq keçirilir
Din
8 Noyabr , 2014 11:20
​Mübariz Qurbanlı: “Hansısa xarici qüvvələrin ölkəmizdə ayaq açmasına imkan verməməliyik”

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Bakıda gənclər üçün “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda treninq keçirilir.

“Report”un məlumatına görə, tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, qeyd olunan mövzuda silsilə tədbirlər keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, əsas məqsəd gənclərlə görüşərək, milli-mənəvi dəyərləri barədə fikir mübadiləsi aparmaqdır.

M.Qurbanlı qeyd edib ki, Azərbaycan sosial-iqtisadi və digər sahələrdə çox böyük uğurlar əldə edib: “Yəni, ölkədə iqtisadiyyatın, digər sahələrin inkişafına uyğun cəmiyyətin alt qatında da inkişaf baş verməlidir. Mənəvi aləmimizi, milli-mənəvi dəyərlərimizi inkişaf etdirməliyik. Biz tarixi keçmişimizdən ibrət götürməliyik. Azərbaycanın müstəqil dövlət kimi öz hədəfləri var. Bizim ən mühüm məqsədlərimiz müstəqilliyimiz qorumaq, dünya azərbaycanlıları üçün dövlətimizi bir istinad yerinə çevirməkdir”.

Dövlət komitəsinin sədri bildirib ki, bəzi xarici qüvvələr Azərbaycana təsir göstərməyə cəhd edir: “Dinimiz mənəvi dəyərimizidir. Ancaq bəzən müəyyən xarici dairələrin təsirini öz üzərimizdə hiss edirik. Biz hansısa xarici qüvvələrin ölkəmizdə ayaq açmasına imkan verməməliyik. Bu sahədə gənclərimizin üzərinə çox böyük məsuliyyət düşür”.

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.

Qeyd edək ki, seminar işini sabah davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi