Mübariz Qurbanlı: "Ermənilərin törətdiyi vəhşiliklərin tarixi çox əvvələ gedir"

Mübariz Qurbanlı: "Ermənilərin törətdiyi vəhşiliklərin tarixi çox əvvələ gedir" Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklərin tarixi çox əvvələ gedir. Lakin Azərbaycan müstəqillik əldə edəndən sonra həqiqətləri üzə çıxara bildi.
Din
28 Mart , 2018 12:01
Mübariz Qurbanlı: Ermənilərin törətdiyi vəhşiliklərin tarixi çox əvvələ gedir
Report/ Elchin Murad

Bakı. 28 mart. REPORT.AZ/ "Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklərin tarixi çox əvvələ gedir. Lakin Azərbaycan müstəqillik əldə edəndən sonra həqiqətləri üzə çıxara bildi".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, həqiqətlər mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılmasa, baş verənlər unudulub gedər: "Ermənilərin törətdiyi vəhşilikləri bir çox dillərdə dünyaya çatdırmaq işində gənclərin üzərinə böyük iş düşür. Düşmənlə bizim müharibəmiz bitməyib. Çünki üz-üzə olduğumuz müddətdə daim onları hər sahədə üstələməliyik".

M.Qurbanlı əlavə edib ki, bir çox beynəlxalq sənədlərdə Ermənistanın işğalçı dövlət olması öz əksini tapıb: "Heç bir ölkə işğal olunan torpaqları onların ərazisi kimi tanımır. Bu da bizim uğurumuzdur. Ermənilərin istəkləri baş tutmur və tutmayacaq. İnsanlığa qarşı törədilən vəhşiliklərdə heç bir dini mənsubiyyət nəzərə alınmırdı. Onlar məhz azərbaycanlı olduqlarına görə bizim xalqa işgəncə verib öldürürdü". 

Son xəbərlər

Orphus sistemi