Mübariz Qurbanlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Mübariz Qurbanlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb Bakı. 1 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.
Din
1 Fevral , 2018 18:37
Mübariz Qurbanlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bakı. 1 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

Komitədən "Report"a verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonağa ölkəmizdəki mövcud tolerantlıq mühiti və Komitənin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda əsrlərboyu müxtəlif etnik qrupların birgə yaşamaq və bir-birilərinə hörmət etmək ənənələrinə yiyələndiklərini, ölkəmizdəki dini müxtəlifliyin cəmiyyətimizin ayrılmaz xüsusiyyəti olduğunu bildirib.

Söhbət zamanı Azərbaycan həqiqətlərindən də söz açan Komitə sədri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, eyni zamanda regionda mədəniyyətlərarası dialoqa, demokratik dəyərlərə, ümumbəşəri prinsiplərə, habelə sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilməli olduğunu qeyd edib.

Nümayəndəliyin rəhbəri xanım Elena Aymone Sessera BQXK-nın Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb. Dövlət Komitəsi ilə işgüzar əməkdaşlığın qurulmasında, eləcə də birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonda Mübariz Qurbanlı Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi “Azərbaycanın seçilmiş İslam abidələri”, “İşğal altındakı tarixi-dini abidələrimiz”, “Azərbaycanda dini müxtəliflik” kitablarını qonağa təqdim edib.

Elena Aymone Sessera səmimi qəbula və əməkdaşlıq üzrə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi