Yuxarı

Mübariz Qurbanlı belçikalı jurnalistlərin suallarını cavablandırıb

Komitə sədri: Pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Belçikadan olan jurnalistlər Matin Banks və Yozef Lempkoviçi qəbul edib. 

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, M.Qurbanlı belçikalı jurnalistlərin suallarını cavablandırıb.

Dövlət Komitəsinin sədri qonaqlara Azərbaycanda mövcud olan dini durum və DQİDK-nın fəaliyyəti barədə ətraflı məlumat verib.

Azərbaycan əhalisinin 96 faizinin müsəlman olduğunu bildirən komitə sədri ölkədə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib: "Pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir". Dini konfessiyaların fəaliyyəti barədə geniş məlumat verən M.Qurbanlı yəhudilərin Azərbaycanda məskunlaşma tarixindən ətraflı danışıb.

O deyib ki, bütün dini qurumlara, o cümlədən qeyri-islam icmalara dövlət tərəfindən mütəmadi maliyyə yardımı edilir.

Qonaqlar səfər müddətində Azərbaycanın dinamik inkişafının, Avropa ölkələrindən fərqli olaraq burada yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını deyiblər. Azərbaycanın, həqiqətən də, tolerantlığın oazisi olduğunu qeyd edən jurnalistlər bu mühitin dünya ölkələri üçün nümunəyə çevriləcəyini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi