Yuxarı

​Mübariz Qurbanlı: "Azərbaycanda dini radikal qruplara qarşı ciddi mübarizə aparılır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İranın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

Bu barədə "Report"a komitənin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri Azərbaycanla İran arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edərək, əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Mübariz Qurbanlı iki ölkə arasında din sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin mövcud olmadığını önə çəkən komitə sədri ölkəsinin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda dini radikal qruplara qarşı ciddi mübarizə aparılır, ölkədə bu cür qrupların sosial bazası mövcud deyil.

Azərbaycanla İran arasında etimad və dostluq münasibətlərinin bundan sonra da davam edəcəyini deyən səfir qarşılıqlı səfərlərin təşkilində, dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Möhsün Pakayin bu cür görüşlərin iki ölkə arasında münasibətlərin daha yüksək xəttlə inkişaf etməsinə töhfə verəcəyini ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi