Bakı. 5 mart. REPORT.AZ/ "Azərbaycan mədəniyyətlər, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır".
"Report" xəbər verir ki, bunu
Onun sözlərinə görə, Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir: "Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan dövlət kimi dünyaya öz modelini göstərib. Bakı bu müzakirələrdə mərkəz şəhər kimi çıxış edir".
M.Qurbanlı xatırladıb ki, bu gün Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib: "Onlardan 32-i xristian dini icmlarıdır, yəni qeyri-müsəlman dini icmalardır. Azərbaycan əhalisinin 96 faizi müsəlamandır, yerdə qalan 4 faiz müxtəlif dini konfensiyaları özündə əks etdirir və onların ölkədə hərtərəfli fəaliyyəti üçün hər şərait yaradıb".
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir. Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımızın xarakterinə, tarixində əksini tapıb".