Yuxarı

Mübariz Qurbanlı: "Aşura tədbirləri məscidlərin içərisində olmalı, kənar atributlar məscidlərə gətirilməməlidir”

“Bizdən kənar ölkədə hansısa bir fətva verilirsə, bu bizə şamil edilə bilməz”
© Report/ Firi Salim — Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Azərbaycanda dövlət dinin işinə qarışmır, dinin qəbul etdiyi fətvalar da vətəndaşlar üçün icbari xarakter daşımır".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, istər İslam, istərsə də qeyri-islam dini olsun, dövlət dini mərasimlərin necə keçirilməsinə müdaxilə etmir və din də dövlət siyasətinə müdaxilə etmir: “Bizdən kənar ölkədə hansısa bir fətva verilirsə, bu, bizə şamil edilə bilməz. Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvalara əməl olunur”.

M.Qurbanlı əlavə edib ki, kənardan kimsə nəsə görüb gətirib Azərbaycanda tətbiq etməməlidir: “Birincisi, qanun buna imkan vermir. Biz öz yolumuzla gedirik. Bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideologiyası bizim üçün müqəddəsdir, dinimiz bizim mənəvi dəyərlərimizdir və biz bunu qorumalıyıq. Məhərrəm ayı başlayır və bütün tədbirlər, o cümlədən Aşura yalnız QMİ-nin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundankənar hərəkətlərə yol verməməli, bütün tədbirlər məscidlərin içərisində olmalı, kənar atributlar məscidlərə gətirilməməlidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi