​Mübariz Qurbanlı: "ABŞ konqresmeninin irəli sürdüyü qanun layihəsi bütövlükdə qərəzlidir və həqiqəti əks etdirmir"

​Mübariz Qurbanlı: "ABŞ konqresmeninin irəli sürdüyü qanun layihəsi bütövlükdə qərəzlidir və həqiqəti əks etdirmir" ABŞ səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub
Din
18 Dekabr , 2015 18:44
​Mübariz Qurbanlı: ABŞ konqresmeninin irəli sürdüyü qanun layihəsi bütövlükdə qərəzlidir və həqiqəti əks etdirmir

Bakı. 18 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Komitədən "Report"a verilən məlumata görə, görüş zamanı Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini qeyd edən Mübariz Qurbanlı ölkəmizdə dini tolerantlığın təbliği və radikalizmin qarşısının alınması ilə bağlı görülən işlər barədə danışıb.

ABŞ səfiri Azərbaycan dövlətinin tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib. O, qeyd edib ki, dini radikalizmə və terrorizmə qarşı mübarizə bütün ölkələrin səylərini birləşdirməyi zəruri edir.

Görüş zamanı Komitə sədri ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri, konqresmen Kris Smit tərəfindən irəli sürülmüş qanun layihəsi ilə bağlı fikirlərini ABŞ səfirinin diqqətinə çatdırıb. Bildirib ki, həmin qanun layihəsi bütövlükdə qərəzlidir və həqiqəti əks etdirmir. Bu tipli cəhdlər ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməklə yanaşı, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Çünki qanun layihəsi ABŞ-da fəaliyyət göstərən erməni diasporunun və onlarla bağlı olan müəyyən dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır. Azərbaycanda tarixən müsəlman, pravoslav, yəhudi və digər dini icmaların dinc, yanaşı şəkildə yaşamaları, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələri bütün dünyaya nümunədir. Qanun layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddiaların heç bir əsası yoxdur.

Komitə sədri belə bir sənədin qəbul olunmasının Azərbaycanla-ABŞ arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərinə ciddi ziyan vura biləcəyini səfirin bir daha diqqətinə çatdırıb və ümidvar olduğunu bildirib ki, Konqres bu sənədə səs verməyəcəkdir.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. 

Son xəbərlər

Orphus sistemi