Yuxarı

Misirli şeyx dini təlimdə islahatlar aparmağı təklif edib

Şeyx Əhməd əl-Tayib terrorçu qruplaşmaları mühakimə edərək onları vəhşi və qəddar adlandırıb

Bakı. 23 fevral. REPORT.AZ/ Müsəlman dövlətlərində ekstremizmə qarşı mübarizə aparmaq üçün dini təlimə radikal dəyişiklik edilməlidir.

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Misirin paytaxtı Qahirə şəhərində yerləşən əl-Əzhər Unversiteti və Akademiyasının ali dini rəhbəri Şeyx Əhməd əl-Tayib deyib.

O, Məkkədə keçirilən “Terrorizmlə mübarizə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı daha sonra bildirib ki, Müqəddəs Quranın doğru təfsir edilməməsi və Məhəmməd peyğəmbərin həyatı haqda yanlış təsəvvürün formalaşdırılması, islamda fanatizm və dözümsüzlüyün artmasına səbəb olub.

O, məktəb və universitetlərdə müsəlmanlar arasında birliyin təbliğ olunmasına çağırış etməklə yanaşı, terrorçu qruplaşmaları mühakimə edərək onları "vəhşi və qəddar" adlandırıb.

Xatırladaq ki, bu tədbir fevralın 22-də başlayıb və 24-dək davam edəcək. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edir. Beynəlxalq konfransa 30-dan artıq müsəlman dövlətinin din, elm və ictimai xadimləri qatılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi