Milli Məclisin iclasında Qaraçuxur məscidinin yandırılması müzakirə olunub

Milli Məclisin iclasında Qaraçuxur məscidinin yandırılması müzakirə olunub Millət vəkili Fazil Mustafa deyib ki, məscidlərdə kameralar quraşdırılmalıdır
Din
28 Noyabr , 2014 14:03
Milli Məclisin iclasında Qaraçuxur məscidinin yandırılması müzakirə olunub

Bakı. 28 noyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar bir sıra məsələlərə toxunub. “Report”un xəbərinə görə, Zahid Oruc çıxışında bildirib ki, Sumqayıtda bir məscidin divarına “burada Allah yoxdur deyə” yazılar yazılır: “Digər tərəfdən, Binəqədidə iki polis bıçaqlanır. Qaraxaçuxurda isə məscid yandırılır. Bu mənə Soçi olimpiadasından öncə baş verən müxtəlif hərəkətlənmələri xatırladır. Bu gün beynəlxalq aləmdə olan qarşıdurmaları Azərbaycana keçirmək istəyirlər”.

Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, məcsidlərdə kameralar quraşdırılmalıdır. O, həmçinin qeyd edib ki, son vaxtlar Azərbaycanda multikulturalizm, dini maarifçilik istiqamətində Prezident İlham Əliyev tərəfindən xeyli işlər görülüb: “Amma bu gün ölkəmizdə çox qəribə hadisələr baş verir. Hansı ki, ölkəmizdə heç vaxt belə hadisələr olmayıb. Ola bilsin ki, hansısa dini icmanın təmsilçiləri bir-biri ilə yola getməyiblər, bir-birini qəbul etməyiblər. Amma ümumiyyətlə Azərbaycanda məscidi yandırmaq kimi bir ənənə olmayıb. Hətta, Sovet dövründə belə bir şey olmayıb. Dindarı kənara qoyaq, hətta dindar olmayan bir insanın belə yanğın törətmək məqsədi ilə məscidə nəyisə atmağı qəbuledilən hal deyil. Son günlər Qaraçuxur məscidində baş verən hadisə nəyi göstərir? Görünür, Azərbaycanla bağlı kimlərsə planlar hazırlayır. Gərək elə addımlar ataq ki, onların ölkədə qarşıdurma yaratmaq niyyətləri baş tutmasın.

Biz təxribatlara qarşı addımlar atmalıyıq. Məscidlərə kameralar quraşdırılsın, kamera yoxdursa,  polis postları qoyulsun. Çünki bu kütlənin toplaşdıqları yerlərdir və sonra qarşısı alınmaz bir şeyə gətirib çıxara bilər. Bu məsələyə diqqət ayırmaq lazımdır".

Millət vəkili Avropa Parlamentinin prezidenti Martin Şultsun bu qurumun noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Avropa Parlamentinin Azərbaycanla bağlı bəzi məsələlərdə səsləndirdikləri fikirlərdə obyektivlik bir qədər məhduddur. Biz helikopter məsələsində də bunun şahidi olduq. Qarakənd hadisəsində bizim vertolyot vuruldu. Bu, bizim xatirimizdən çıxmayıb. Amma onlar Azərbaycan ərazisində bir helikopterin vurulmasına bu cür münasibət bildirdilər, hadisəni bu qədər şişirtdilər”.

Son xəbərlər

Orphus sistemi