Yuxarı

​Məscidlərin təmiri ilə bağlı Mübariz Qurbanlıya müraciət ünvanlanıb

25 nəfərədək vətəndaşı qəbul edən komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 25-də Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə, Şəmkir, Daşkəsən, Göygöl, Samux, Goranboy sakinlərini qəbul edib. Komitədən “Report”a verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların qeydiyyatı, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası və sair məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. 25 nəfərədək vətəndaşı qəbul edən komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Qəbul zamanı vətəndaşlar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin son vaxtlar həyata keçirdiyi tədbirlərdən razılıqlarını ifadə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi