Yuxarı

Məkkədə təhlükəsizlik tədbirləri gücləndirilir

Həcc müddətincə Məkkədə 55 yanğınsöndürən briqada və 250 təcili yardım mərkəzi də fəaliyyət göstərəcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu il zəvvarların təhlükəsizliyinin təminatı üçün müqəddəs Məkkə şəhərində 15 min polis əməkdaşı xidmət edəcək.

"Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, həcc müddətincə Məkkədə 55 yanğınsöndürən briqada və 250 təcili yardım mərkəzi də fəaliyyət göstərəcək.

Məkkədəki Məscid əl-Hərama daxil olmaq istəyən insanları isə artıq polis əməkdaşları yoxlayır. Onlar bir neçə növbədə işləyir və silah, partlayıcı və digər təhlükəli əşyaların aşkarlanması üçün ən müasir avadanlıqlarla təchiz olunublar.

Qeyd edək ki, bu il müqəddəs məkanları 1,35 milyon əcnəbi və 185 min yerli zəvvarın ziyarət edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi