Masallıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir olub

Masallıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir olub Tədbir iştirakçılarına müxtəlif dini nəşrlər də paylanılıb
Din
13 Yanvar , 2017 21:06
Masallıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir olub

Bakı 13 yanvar. REPORT.AZ/ Masallı rayonu Çaxırlı kənd məscidi dini icmasında “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayiq Səmədov, Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çaxırlı inzibati ərazi vahidi üzrə nümayəndəsi Oktay Cavadov, Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov, ziyalılar, ağsaqqallar və yuxarı sinif şagirdləri iştirak ediblər.

Miryahya Bədirov deyib ki, layihə çərçivəsində dini maarifləndirmə işlərinin aparılması və gənc nəslin radikal dini cərəyanlardan qorunması təqdirəlayiqdir.

Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov, məktəbin müəlliməsi Könül Fətullayeva, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov, ağsaqqal Cavanşir Nəbiyev radikalizmin törətdiyi bəlalardan və buna qarşı mübarizə metodlarından danışıblar.

Sonda DQİDK-nın razılığı ilə çap olunan müxtəlif nəşlər tədbir iştirakçılarına paylanılıb. 

Son xəbərlər

Orphus sistemi