Komitə sədrinin müavini: “Azərbaycanda müsəlman və digər dinləri təmsil edən icmalar arasında heç bir fərq qoyulmur”

Komitə sədrinin müavini: “Azərbaycanda müsəlman və digər dinləri təmsil edən icmalar arasında heç bir fərq qoyulmur” “Ölkə konstitusiyasında, digər qanunvericilik aktlarında hansısa dini konfessiayının üstünlüyü anlayışı yoxdur”
Din
23 Dekabr , 2016 11:59
Komitə sədrinin müavini: “Azərbaycanda müsəlman və digər dinləri təmsil edən icmalar arasında heç bir fərq qoyulmur”

Bakı. 23 dekabr. REPORT.AZ/ “Azərbaycanın Konstitusiyasında, digər qanunvericilk aktlarında hansısa dini konfessiyanın üstünlüyü anlayışı yoxdur”.

“Report” xəbər verir ki, bunu “Prezident İlham Əliyevin siyasəti: milli-mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər” adlı konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O xatırladıb ki, ölkə əhalsinin 96 faizi müsəlmandır və bütün müsəlman icmaları Qafqaz Müsəlmanları İdarəsində (QMİ) birləşib: "Amma QMİ ilə 50 nəfər təsisçisi olan başqa bir dini icmaya hüquqi baxımdan yanaşmada heç bir fərq qoyulmur". 

G.İsmayılov hesab edir ki, dini dözümlülük və digər göstəricilərə görə, Azərbaycan Avropadan daha öndədir: "Avropada dünyəviliyin simvolu sayılan İsveçdə kilsənin üzvü olmayan hökumətin üzvü ola bilməz. Qonşu Gürcüstanda gürcü pravoslav kilsəsinin statusu konstitutsiyada təsbit olunub, amma digər konfessiyalar yox. Erməni Qriqoriyan kilsəsinin statusu konstitutsiya səviyyəsində təsbit olunub”.

O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon vəsait ayırıb. Bu vəsait həm İslam, həm də qeyri-islam dini konfessiyaları arasında bölünüb.

Son xəbərlər

Orphus sistemi