Yuxarı
    Bağlamaq

    Komitə sədri: "Azərbaycanda dini icmaların sərbəst şəkildə fəaliyyət göstərməsi dinlərarası harmoniyanın göstəricisidir"

    Dinlərarası harmoniyaya nail olmaq lazımdır© Report.az

    Bakı. 6 may. REPORT.AZ/Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi olub. Heydər Əliyev bütün siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətində yönəltdi. Azərbaycan multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı Heydər Əliyevin təşşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Konstitusiyasında əks olunmasıdır. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan konstitusiyasının  bir sıra maddələrində çox aydın şəkildə öz əksini tapıb”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda keçirilən panel iclasında deyib.

    O bildirib ki, Əsası Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir: “Onun dəfələrlə qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Məlum olduğu kimi, XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələri obyektiv və subyektiv səbəblər üzündən cəmiyyətdəki etnik müxtəlifliklərin tənzimlənməsində çox ciddi problemlərlə üzləşdi. Buna cavab olaraq bir sıra Qərb ölkələrinin başçıları Almaniya, Fransa, Böyük Britaniya, multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olması səbəbindən iflasa uğradığını rəsmi şəkildə bəyan etdilər. Müasir dünyada muktikulturalizm siyasətinə ikili baxış, iki qütb fortmalaşmağa başladı. Bu qütblərdən birini “”bədbin qütb”, digərini “nikbin qütb” adlandıra bilərik. Bədbin qütbü Devid Kameron formalaşdırdı və 2011-ci ildə Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bunu əsaslandırmağa çalışdı. Digər nikbin qütbü Azərbaycan preizdenti İlham Əliyev formalaşdırmaqdadır. İlham Əliyevin Kameronun bədbin nəticəsinə qarşı duran optimist baxışı və siyasi iradəsi ilə bunu nümayiş etdirir”.

    Sonra çıxış edən Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkənin gələcəyi, müxtəlif istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı siyasətin müəllifidir: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sönra qarşımızda müxtəlif yollar var idi. Yəni, hansı yolla getməliyik? Heydər Əliyev şəxsiyyəti bizə yol göstərdi, Azərbaycanda dünyəvilik təsbit olundu. Azərbaycan müsəlman ölkəsinin bir parçasıdır. Bütün dini bayramlarda dini konfensiyaların bərabər iştirakını görürük. Azərbaycanda məscidlərin sayı artıb, 2 mindən yuxarı məscid var, 7 yəhudi sinaqoqu, 13 xristian kilsəsi fəaliyyət göstərir. Bu gün Azərbaycanda 760-a qədər dini icma fəaliyyət göstərir. Bu dini icmaların sərbəst şəkildə fəaliyyət göstərməsi dinlərarası harmoniyanın göstəricisidir. Dünyada soyuq müharibə aparılır, toqquşmalar olur. Biz Yaxın Şərqdə terrorun olduğunu göstərə bilərik. Bunlar dinlərarası toqquşma kimi qeyd edilir. Onun üçün də dinlərarası harmoniyaya nail olmaq lazımdır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi