Yuxarı

II İliya: Terrorun İslam dini ilə heç bir əlaqəsi yoxdur

Terror və ya digər cinayətlər yalnız yolunu azmış, pis düşüncəli insanların öz əqidələrini ortaya qoymasıdır

Bakı. 16 noyabr. REPORT.AZ/ İslam dininin Fransada baş verən terrorla, eləcə də Rusiyaya məxsus sərnişin təyyarəsinin partladılması ilə heç bir əlaqəsi yoxdur. Bu sözləri Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya noyabrın 14-də Müqəddəs Troitsa kilsəsində ibadət zamanı ruhanilərlə görüşdə deyib.

Patriarx bildirib ki, terroru, zorakılığı İslam dini ilə bağlamaq düzgün deyil. Terror və ya digər cinayətlər yalnız yolunu azmış, pis düşüncəli insanların öz əqidələrini ortaya qoymasıdır.

Dünyada xeyir və şər daim mübarizə aparıb və hər zaman xeyir qalib gəlib. Biz din xadimləri dua edirik ki, dünyada sülh olsun, sabitlik olsun, insanlar firavan yaşasınlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi