Yuxarı
    Bağlamaq

    ​İsveçdə həftə ərzində üçüncü dəfə məscidə hücum hadisəsi baş verib

    Cinayəti törətdiyi ehtimal olunan ən azı bir nəfər axtarışa verilib

    Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gün İsveçin Upsala şəhərində naməlum şəxs məscidə "Molotov kokteyli" atıb və binanın divarlarına irqçi şüarlar yazıb.

    "Report" xəbər verir ki, şəhər polisinin nümayəndəsi məscidi yandırmaq cəhdinin baş tutmadığını bildirib.

    Hadisə zamanı məsciddə heç kim olmayıb. İnsidetin şahidi bir kişinin məscidə yanan əşya atdığını görüb. Cinayəti törətdiyi ehtimal olunan ən azı bir nəfər axtarışa verilib.

    Bu, həftə ərzində İsveçdə məscidə olunan üçüncü belə hücumdur.

    Dekabrın 29-da Eslev şəhərində yerləşən məsciddə yanğın baş verib. Dekabrın 25-də isə Eskilstun şəhərində müsəlman ibadətgahı yandırılıb. İnsident zamanı beş nəfər xəsarət alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi