Yuxarı
    Bağlamaq

    ​“İslamda Vətən və dövlət sevgisi” kitabı nəşr olunub

    Kitabın müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovdur

    Bakı. 2 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun müəllifi olduğu “İslamda Vətən və dövlət sevgisi” adlı kitab nəşr olunub.

    Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

    Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab müxtəlif vaxtlarda qələmə alınmış məqalələrin toplusudur. Burada Vətənə, dövlətə bağlılıq, ona sədaqətlə xidmət etmək, lazım gəldikdə canı bahasına da onu qorumaq, dövlət atributlarına ehtiram, dövlətçiliyimizin formalaşmasında milli-mənəvi dəyərlərin rolu kimi mövzulara toxunulur. Eyni zamanda kitabda Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə, İslam dininə verdiyi önəm, diqqət və qayğı, tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisi, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər xüsusilə vurğulanıb.

    Milli-mənəvi dəyərlər sisteminin tədqiqi istiqamətində araşdırmalara yeni töhfə olan məqalələr toplusu gənc nəslə Vətənə və dövlətə bağlılıq duyğularının daha geniş tərənnümünə yardım edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi