"İslam Həmrəyliyi - Zamanın çağırışı" mövzusunda keçirilən konfransda dünya ictimaiyyətinə müraciət qəbul edilib

"İslam Həmrəyliyi - Zamanın çağırışı" mövzusunda keçirilən konfransda dünya ictimaiyyətinə müraciət qəbul edilib "Biz Qarabağ probleminin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq"
Din
15 Mart , 2017 17:10
İslam Həmrəyliyi - Zamanın çağırışı mövzusunda keçirilən konfransda dünya ictimaiyyətinə müraciət qəbul edilib
Azertag.az

Bakı. 15 mart. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə B Bakıda Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Belarus, Ukraynanın tanınmış dövlət, elm və din xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusların nümayəndələrinin iştirakı ilə "İslam Həmrəyliyi - Zamanın çağırışı" mövzusunda keçirilən beynəlxalq konfransda dünya ictimaiyyətinə müraciət qəbul edilib.

“Report”un məlumatına görə, müraciətdə deyilir ki, “İslam Həmrəyliyi – Zamanın çağırışı” beynəlxalq konfransının iştirakçıları yekdil şəkildə sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanda mövcud olan ənənələr, multikulturalizm ideyaları və dini-mədəni mühitin inkişafına göstərilən dövlət dəstəyinin olduqca yüksək təqdirə layiq olduğunu təqdir edirlər: "Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması faktının özü XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal çağırışdır. Bu dəvətin məqsədi islam həmrəyliyini lokal çərçivədə deyil, ümumbəşəri problemlər kontekstində geniş müzakirəyə çıxarmaqdır. Zəmanəmizin narahat gündəm yaşadığı, Şərqlə Qərbin kəskin ziddiyyətlərlə qarşılaşdığı bir dönəmdə Azərbaycan dövləti bütün dünyaya özünün sülhpərvər ruhunu, dialoq aparmaq mədəniyyətini, İslam dininin mənəvi dəyərlərini və mütərəqqi mahiyyətini bəyan edir. Bu qərar müdrik siyasət nümunəsi, yüksək alicənablıq təzahürüdür və biz əminik ki, islami həmrəylik ideyasının müəllifi olan dövlət başçısı İlham Əliyev bu çağırışı ilə öz dövrünün siyasi mütəfəkkiri adlanmağa layiqdir".

"Biz konfrans iştirakçıları müasir dövrdə multikulturalizm və İslam həmrəyliyi ideyalarının əhəmiyyətini vurğulayaraq, dini radikallıq, məzhəb ayrı-seçkiliyi, ksenofobiya, antisemitizm və islamofobiya təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlıq etməyə, belə faktların qarşısının alınması üçün daha fəal olmağa çağırırıq, din pərdəsi arxasında zorakılıq və vandalizm hallarını, tarixi abidələrin məhv edilməsini, müqəddəs kitabların, məbədlərin və dini atributların təhqirini, digər dini və irqi dözümsüzlük hallarını qətiyyətlə pisləyirik, terrorizmi, onun bütün təzahürlərini, insanlara qarşı hər hansı digər zorakılıq hallarını, ekstremizmi qətiyyətlə pisləyir, terror, hərbi qarşıdurmalar, etnik təmizləmə, separatçılıq və s. kimi əməllərin qurbanları üçün dualar edir, qaçqın və məcburi köçkünlərin, miqrantların problemlərinin həllində yardımçı olmağa və mərhəmət göstərməyə çağırırıq, dünyada mövcud olan bütün münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdar olduğumuzu bəyan edirik, dinlərarası münasibətlərin inkişafı və tərəqqisi naminə regionun aparıcı dini liderlərinin birgə görüşlərinin təşkil olunmasını, özəlliklə bölgədə sülhün bərqərar olmasında əvəzsiz xidmətləri olan Moskva və Bütün Rusiya Patriarxı Kirill və Ümumgürcüstan Patriarxı II İliyanın, eləcə də digər dini konfessiya rəhbərlərinin səmərəli təcrübəsini dəstəkləyir və gələcəkdə davam etdirilməsini arzu edirik. Biz beynəlxalq konfrans iştirakçıları Azərbaycanın dövlət rəhbəri tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsini alqışlayır, bu ideyanın dünya ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, daha geniş təbliğ edilmək məqsədilə dünyanın bir çox ölkəsində və beynəlxalq qurumlarda müvafiq tədbirlər keçirilməsini və informasiya dəstəyinin təmin olunmasını vacib hesab edirik”, - müraciətdə vurğulanıb.

Son xəbərlər

Orphus sistemi