Bakı. 2 dekabr. REPORT.AZ/ İran İslam Respublikasının İslam əlaqələri və mədəniyyəti təşkilatının sədri Abuzər İbrahimi dekabrın 3-də Bakıya səfər edəcək.
"Report" AzərTAc-a istinadən xəbər verir ki, səfər çərçivəsində A. İbrahimi bir sıra görüşlər keçirəcək.
Görüşlərdə İran ilə Azərbaycan arasında mədəniyyət və din sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.