Yuxarı

​QMİ-nin sədr müavini "Heydər" Məscidinə axund təyin edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Hacı Fuad Nurullayev: Adımdan niyə yanlış məlumat yayırlar ki?!

Bakı. 27 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev "Heydər" Məscidinə axund təyin edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

F.Nurullayev "Report"a açıqlamasında deyib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən belə bir təyinat olmayıb. 

Onun sözlərinə görə, QMİ hər hansı bir məscidə axund təyin edirsə, onun əmri verilir, təqdimatı olur: "Mənim adımdan da yayırlar ki, guya məscidə axund təyin olunmuşam. Bu, yanlış məlumatdır. Adımdan niyə yanlış məlumat yayırlar ki?! Heç bir sayta, televiziyaya bu barədə açıqlama verməmişəm. Hələlik təyinat olmayıb. Təyinat olacaqsa, bu, elan olunacaq. Ümumiyyətlə, "Heydər" Məscidinə axund təyinatı olmayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi