Yuxarı

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti üçün yeni qiymətləri açıqlayıb

Qiymətlər ziyarət zamanı xidmət şərtlərindən asılı olaraq xidmət şərtlərindən asılı olaraq 4700 və ya 5750 ABŞ dolları müəyyən edilib

Bakı. 11 mart. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarəti ilə bağlı açıqlama yayıb. 

QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, açıqlamada Azərbaycandan müqəddəs Həcc ziyarətini təşkil etmək səlahiyyətinin Qafqaz Müsəlmanları İdarəsinə aid olduğu bildirilir: "Müqəddəs ziyarətə getmək istəyənlərin sənədlərinin Azərbaycandan Həcc Missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsində qəbul olunmasına başlanılır (Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7. QMİ-nin Həcc ziyarətinin təşkili şöbəsi, tel. 492-88-48, 437-15-71). Sənədlər zəvvarlar tərəfindən şəxsən təqdim edilir və təşkilatçı tərəflə (QMİ) zəvvar arasında müəyyən edilmiş formada müqavilə bağlanır. Xidmət haqqı zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən, QMİ-nin “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Mərkəz" filialındakı (Ünvan: AZ1005,Bakı,Səbail,Hacı Zeynalabdin Tağıyev,3) manat hesabına ödənilir. Ziyarətin təşkili ilə bağlı xidmət haqqının əhəmiyyətli hissəsi xarici tərəfdaşlara köçürülür. Buna görə də onun məbləği ABŞ dolları ilə müəyyən edilib (mehmanxana, habelə ziyarət zamanı xidmət şərtlərindən asılı olaraq 4700 (dörd min yeddi yüz) ABŞ dolları və ya 5750 (beş min yeddi yüz əlli) ABŞ dolları). Zəvvarlar xidmət haqqını ödəmə günü mövcud olan məzənnəyə uyğun olaraq ödəməlidirlər".

Açıqlamada qeyd olunur ki, ziyarətə getmək istəyənlər aşagıdakı sənədləri təqdim etməlidirlər: "Biometrik (xarici) pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 ölçülü 4 ədəd şəkil (ag fonda rəngli şəkil) və tibbi arayış. Ziyarətə getmək arzusunda olanlara bildiririk ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil. Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmamazlıqlara görə QMİ məsuliyyət daşımır. Məlumat www.qafqazislam.com saytında yerləşdiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi