Mübariz Qurbanlı: "Hazırda dünyada baş verən münaqişələrin 60 faizi dini qarşıdumalardan qaynaqlanır"

Mübariz Qurbanlı: "Hazırda dünyada baş verən münaqişələrin 60 faizi dini qarşıdumalardan qaynaqlanır" "Azərbaycanda radikal qruplar kök sala bilmir və kök sala bilməyəcəklər"
Din
16 Dekabr , 2016 15:58
Mübariz Qurbanlı: Hazırda dünyada baş verən münaqişələrin 60 faizi dini qarşıdumalardan qaynaqlanır

Bakı. 16 dekabr. REPORT.AZ/ “Dünyanın hazırda 40 ölkəsinin ərazisində qanlı toqquşmalar, münaqişlər baş verir. Bunların ən azı 60 faizi dini konfessiyalar və ya konfessiyalardaxili toqquşmaların nəticəsində yaranır”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Multikulturalizm ili: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycandan 200-300 km məsafədə qanlı toqquşmalar baş versə də, ölkəmiz bundan kənarda qala bilir: “Nəyə görə bizim ərazimizə bu cür radikal qruplar müdaxilə edə bilmir? Çünki kifayət qədər qabaqlayıcı tədbirlər görülür. Bu tədbirlər nəticəsində Azərbaycanda radikal qruplar kök sala bilmir və kök sala bilməyəcəklər. Həm Azərbaycan əhalisinin mental dünyagörüşü, həm də Azərbaycan dövlətinin gördüyü tədbirlər buna imkan vermir”.

Son xəbərlər

Orphus sistemi