Gündüz İsmayılov: "Tolerantlıq Azərbaycanın milli-mənəvi dəyəridir"

Gündüz İsmayılov: "Tolerantlıq Azərbaycanın milli-mənəvi dəyəridir" Bakıda “Tolerantlıq örnəyi Azərbaycan: gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib
Din
14 Noyabr , 2016 12:33
Gündüz İsmayılov: Tolerantlıq Azərbaycanın milli-mənəvi dəyəridir

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda “Tolerantlıq örnəyi Azərbaycan: gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib.

“Report” xəbər verir ki, Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə baş tutub. 

DQİDK-nin sədr müavini Gündüz İsmayılov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təşviqidir: “Tolerantlıq bizim milli-mənəvi dəyərimizdir. Azərbaycan xalqının genetik yaddaşına hopmuş bir dəyərdir. Biz bu tədbirdə həmin dəyərləri gənclərin gözü ilə görməyə çalışırıq. Mənəvi irsimiz keçmişdən gələcəyə ötürülür. Bu ötürücülər də Azərbaycan gəncləridir”.

Tədbirdə həmçinin 6-16 yaş arasında olan Azərbaycanın gənc rəssamlarının tolerantlıqla bağlı sərgisi də təşkil olunub. Sərgidə 60-a yaxın tablo nümayiş etdirilib. Eyni zamanda, gənclərin əl işlərindən ibarət foto-albom da nəşr olunub.

Son xəbərlər

Orphus sistemi