​Gündüz İsmayılov: "Dini bilgiləri zəif olanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur"

​Gündüz İsmayılov: "Dini bilgiləri zəif olanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur" Zaqatala rayonunda Daxili Qoşunların N saylı hərbi hissəsində "Dini radikalizm və İslam dünyası" mövzusunda mühazirə təşkil edilib
Din
1 May , 2015 19:05
​Gündüz İsmayılov: Dini bilgiləri zəif olanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur

Bakı. 1 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında "Dini radikalizmlə mübarizənin effektliytinin artırılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinin maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair Tədbirlər Planı" çərçivəsində Zaqatala rayonunda Daxili Qoşunların N saylı hərbi hissəsində "Dini radikalizm və İslam dünyası" mövzusunda mühazirə təşkil edilib.

Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbirdə çıxış edərək dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışıb. Gündüz İsmayılov bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.

Komitə sədrinin müavini ölkənin bütün rayon və şəhərlərində, cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Gündüz İsmayılov qeyd edib ki, bu prosesə bütün ictimaiyyət nümayəndələri, təhsil işçiləri, KİV, QHT sektoru, hüquq mühafizə orqanları və digər strukturlar cəlb olunub.

Daha sonra Gündüz İsmayılov görüş iştirakçılarının suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi