Yuxarı
    Bağlamaq

    Göyçayda “Qloballaşma dövründə tolerantlığın zəruriliyini şərtləndirən əsas amillər” mövzusunda konfrans keçirilib

    Azərbaycanda multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyi vurğulanıb

    Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində “Qloballaşma dövründə tolerantlığın zəruriliyini şərtləndirən əsas amillər” mövzusunda maarifləndirici tədbir keçirilib.

    Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

    Göyçay rayonu Qarayazı kənd məscidində təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qarayazı kənd inzibati ərazi dairəsi nümayəndəliyinin və bələdiyyəsinin əməkdaşları, dini icma sədrləri, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

    Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını diqqətə çatdırıb. Əzim Rəfiyev ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi olduğu gerçəkliyini iştirakçıların diqqətinə çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi