Yuxarı
    Bağlamaq

    Gəncədə Aşura mərasimləri yüksək səviyyədə keçirilir - FOTO

    Hazırda əhali kiçik qruplar şəklində İmamzadə Dini Kompleksində keçirilən dini mərasimlərə qatılmaq üçün əraziyə axın edir.

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Gəncədə Aşura mərasiminin təhlükəsiz və ictimai qaydanı pozmadan keçirilməsi üçün güc strukturları gücləndirilmiş iş rejimində çalışır. "Report"un məlumatına görə, ötən gün günorta saatlarında etibarən şəhərin Şah Abbas məscidi ilə yanaşı dini mərasimlərin keçiriləcəyi məkanlarda təhlükəsizlik tədbirləri görülüb.

    Hazırda əhali kiçik qruplar şəklində İmamzadə Dini Kompleksində keçirilən dini mərasimlərə qatılmaq üçün əraziyə axın edir.

    Gəncə Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəliyi Aşura gününün mütəşəkkil və təhlükəsizlik şəraitində keçməsi üçün ciddi hazırlıq işləri aparıb. İmamzadə dini-memarlıq kompleksində ziyarətgahın ətrafında ehsan çadırları qurulub. Ziyarətgahda işıqlandırma sisteminin əhatə dairəsi daha da genişləndirilib.

    İçməli su daşıyan maşınlar da ziyarətçilərin ixtiyarına verilib.Qadınların və kişilərin ayrılıqda ziyarəti və ibadəti üçün xüsusi yerlər ayrılıb.Bundan başqa ziyarətçilərə daha rahat şərait yaratmaq üçün xeyriyyəçi insanlar da ziyarətgahda çadırlar qurublar.

    İmamzadəyə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkətiməhdudlaşdırılıb və avtomobillər üçün xüsusi dayanacaq yerləri ayrılıb. DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıb. İmamzadə Dini Kompleksində keçirilən tədbirlərdə iştirak etmək istəyən Gəncə şəhəri və ətraf bölgə əhalisi üçün ictimai nəqliyyat vasitələri pulsuz ziyarətçilərin daşınmasını həyata keçirir.

    Eyni zamanda vətədaşlara xidmət və təhlükəsizliyi təmin etmək üçün İmamzadə Dini Kompleksinə təcili tibbi yardım briqadası, Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi