QMİ sədri: "Ermənilər hiylə işlədərək qorxulu niyyətlərini həyata keçirmək istəyirlər"

QMİ sədri: "Ermənilər hiylə işlədərək qorxulu niyyətlərini həyata keçirmək istəyirlər" "Türkiyə Ermənistanın "soyqırım" hiyləsindən ehtiyatlı olmalıdır"
Din
11 Mart , 2015 12:36
QMİ sədri: Ermənilər hiylə işlədərək qorxulu niyyətlərini həyata keçirmək istəyirlər

Bakı. 11 mart. REPORT.AZ/ "Türkiyə Ermənistanın "soyqırımı" hiyləsindən ehtiyatlı olmalıdır. Bu, Ermənistanın Türkiyəyə qarşı böyük bir hiyləsidir". "Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda səfərdə olan Türkiyə baş nazirinin baş müşaviri Bəkir Karlığa ilə görüşü zamanı bildirib.

Şeyxülislam qeyd edib ki, dünyadakı ermənilər Türkiyəyə qarşı bu il 100 illiyini qeyd etmək istədikləri “soyqırımı” hiyləsini işlədərək qorxulu niyyətlərini həyata keçirmək istəyirlər.

"Ermənilər türklərə qarşı tarixdə olan hansısa hadisəni soyqırımı kimi ifadə etməsi hiyləsi yeni formada təqdim olunmağa başlayıblar. Türkiyə bu hiylədən ehtiyatlı olmalıdır". Allahşükür Paşazadə bildirib ki, əsl soyqırımı elə onlar Azərbaycana qarşı törədiblər. "Qarşıdan 31 mart hadisələrinin ildönümü gəlir, hansı ki, əsrin əvvəlində erməni daşnakları burada – öz torpağımızda bizi qırıblar. Bundan başqa yaxın tarixdə Xocalı qəsəbəsində elə azərbaycanlı ailələr var ki, nəsli kəsilənə qədər qırıblar. Yəni söhbət əsl soyqırımından gedirsə bunu törədən elə ermənilər özləridir”.

Son xəbərlər

Orphus sistemi