DQİDK “Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirib

DQİDK “Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirib Milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin rolundan danışılıb
Din
31 May , 2016 17:23
DQİDK “Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirib

Bakı. 31 may. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİD) və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu 246 nömrəli məktəb-liseydə “Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Novruz Nuriyev və Nurlan Əzizov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, 246 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova, 20 saylı Uşaq Poliklinikasının həkimi Maya Aydəmirova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 246 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova məruzəsində iştirakçılara tədbirin önəmi barədə məlumat verib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin rolu və gənclərin üzərinə düşən vəzifələrdən danışaraq bu dəyərlərin qorunmasının vacibliyi haqqında söhbət açıb.

20 saylı Uşaq Poliklinikasının həkimi Maya Aydəmirova çıxışında gənclərə sağlam həyat tərzinə həvəsli olmağı, zərərli və psixotrop maddələrdən uzaq olmağı və müasir təbliğat vasitələri ilə reklam olunan zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edib.

Tədbirin sonunda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi