Yuxarı
    Bağlamaq

    ​Dövlət Komitəsinin sədri Almaniya səfirliyinin nümayəndələrini qəbul edib

    Onlar multikulturalizm və tolerantlıq təcrübəsinin öyrənilməsi sahəsində əməkdaşlıq etmək istədiklərini deyiblər

    Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Eygen Şonfel və səfirliyin birinci katibi Paul Amannı qəbul edib.

    Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib.

    Dövlət Komitəsinin sədri qonaqlara ölkədəki mövcud dini durum və komitənin fəaliyyəti barədə məlumat verib.

    Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, ölkədə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini vurğulayan Mübariz Qurbanlı bu ənənələrin dərin tarixi köklərdən qaynaqlandığını bildirib. Komitə sədri həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün demokratik dəyərə çevrildiyini bildirib. O qeyd edib ki, bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.

    Azərbaycanın dinamik inkişafının, ölkəmizdə yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını bildirən qonaqlar bu sahədə ölkələr arasında gələcəkdə təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını, Azərbaycan multikulturalizm və tolerantlıq təcrübəsinin öyrənilməsi sahəsində əməkdaşlıq etmək istəklərini diqqətə çatdırıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi