Dövlət Komitəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib Mübariz Qurbanlı: “31 Mart soyqırımının qurbanları daim yad edilməlidir”
Din
30 Mart , 2017 16:26
Dövlət Komitəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Bakı. 30 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. 

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

M.Qurbanlı ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib. O bildirib ki, iki yüz ildən artıqdır ki, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı ardıcıl soyqırım və təcavüz siyasəti aparılır: "Ermənilərin ölkəmizə qarşı mənəvi, ideoloji tərəfdən basqınları, mənhus planları bu günədək davam edir".

1918-ci ildə erməni millətçilərinin törətdikləri qanlı faciənin tarixi haqqında danışan M.Qurbanlı məhz ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” fərmanının tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verdiyini diqqətə çatdırıb.

O qeyd edib ki, bu fərman uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqəti açıqlayıb, xalqın yaddaşını təzələyib, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, Vətənə məhəbbət duyğularına qaytarıb: "Azərbaycan dövləti azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmələr haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırılmasının əsasını qoymuş oldu".

Dövlət Komitəsinin sədri çıxışında 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün mühüm rol oynadığını xüsusi vurğulayıb.

M.Qurbanlı qeyd edib ki, 31 mart soyqırımının qurbanları daim yad edilməli, bu məlumatlar yetişməkdə olan nəslə çatdırılmalıdır. O, Dövlət Komitəsinin əməkdaşlarına həyata keçirilən maarifləndirmə tədbirlərində tarixi faktların əhaliyə, xüsusilə gənclərə çatdırılmasına xüsusi önəm vermələrini tövsiyə edib.

Anım mərasimindən sonra 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar olaraq Dövlət Komitəsi tərəfindən görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb və müvafiq tapşırıqlar verilib. Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mərkəzi Aparatının və bölgə şöbələrinin müdirlərinin hesabat məruzələri dinlənilib. Məruzələrdə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi