Dövlət Komitəsi sədrinin qəbul gününün tarixi dəyişdirilib

Dövlət Komitəsi sədrinin qəbul gününün tarixi dəyişdirilib Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Şirvan şəhərində yanvarın 23-də nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib. 
Din
15 Yanvar , 2018 15:54
Dövlət Komitəsi sədrinin qəbul gününün tarixi dəyişdirilib
Report

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Şirvan şəhərində yanvarın 23-də nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib. 

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə,vətəndaşların qəbulu yanvar ayının 30-da keçiriləcək.

Qəbul Şirvan şəhər Heydər Əliyev Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi,8) saat 11:00-da baş tutacaq. Qəbulda Salyan, Şirvan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi