​Dövlət Komitəsinin Heydər Əliyevin 93 illiyi münasibətilə elan etdiyi müsabiqə başa çatıb

​Dövlət Komitəsinin Heydər Əliyevin 93 illiyi münasibətilə elan etdiyi müsabiqə başa çatıb Qaliblər müəyyən olunub
Din
2 May , 2016 14:56
​Dövlət Komitəsinin Heydər Əliyevin 93 illiyi münasibətilə elan etdiyi müsabiqə başa çatıb

Bakı. 2 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında ümummilli lider Heydər Əliyevin 93 illiyi münasibətilə “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda elan etdiyi məqalə müsabiqəsi yekunlaşıb.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

3 mart – 20 aprel tarixləri arasında davam edən müsabiqəyə Azərbaycanda tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məqalələr göndərilib. Həmçinin, müasir dövrdə Azərbaycanda müxtəlif dinlərin və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış mədəniyyətini, bu sahədəki Azərbaycan təcrübəsinin dinlərarası və məzhəblərarası münasibətlərə verə biləcəyi töhfələrdən bəhs edən məqalələr qəbul olunub.

Müsabiqənin yekunlarına əsasən Ağayev Süleyman I, Əslanov Əlyəsə II, Abbasov Mətləb və Məmmədov İskəndər III yerə, Əsgərov Müşviq, Nəsirov Mehman və İbadov Səbuhi isə həvəsləndirici pul mükafatlara layiq görülüblər. 

Son xəbərlər

Orphus sistemi